...

Azərbaycan Ombudsman Aparatı ünvanlı sosial yardımların və əlilliyin təyin edilməsi ilə bağlı araşdırma aparıb

Cəmiyyət Materials 1 Mart 2011 12:33 (UTC +04:00)
Vətəndaşlar ünvanlı sosial yardımların və tibbi-sosial ekspert komissiyalarında əlilliyin təyin edilməsi zamanı üzləşdikləri problemlərlə əlaqədar ombudsmana müraciət edib.
Azərbaycan Ombudsman Aparatı ünvanlı sosial yardımların və əlilliyin təyin edilməsi ilə bağlı araşdırma aparıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/

Vətəndaşlar ünvanlı sosial yardımların və tibbi-sosial ekspert komissiyalarında əlilliyin təyin edilməsi zamanı üzləşdikləri problemlərlə əlaqədar ombudsmana müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müraciətlərin araşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırma əsasında Ombudsman Aparatının və adıçəkilən nazirliyin əməkdaşları Cənub bölgəsində araşdırma aparıb.

Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Biləsuvar və Cəlilabadda rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin və müvafiq zona Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) rəhbərlərinin, həmçinin Ombudsmanın Cəlilabad Regional Mərkəzi nümayəndələrinin və vətəndaşların iştirakı ilə aparılan 3 günlük araşdırma nəticəsində ailələrin bəzilərinə köməklik göstərilib.

Araşdırmalar nəticəsində məlum olub ki, texniki problemlərlə əlaqədar vəsaitlərin vətəndaşlara vaxtında ödənilməməsi onların müxtəlif instansiyalara müraciət etməsinə səbəb olub.

Ayrılmış sosial yardımın həqiqətən də, vəsaitin gecikməsi səbəbindən ödənilmədiyi, bu problemin 2011-ci ilin aprel ayının sonunadək öz həllini tapacağı ərizəçilərin diqqətinə çatdırılıb.

Zona TSEK-lərlə bağlı şikayətlərin əksəriyyəti əlilliyin müəyyən edilməsi üçün zəruri tibbi sənədlərin hazırlanması ilə bağlı olub.

Vətəndaşlar bu sənədlərin gec hazırlanmasını süründürməçilik kimi qəbul edib.

Müraciət edənlərin bu məsələlərlə bağlı problemləri həll olunub, onların müvafiq əlillik dərəcəsi təyin edilib.

Ombudsman bu istiqamətdə birgə araşdırmaları gələcəkdə də davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti