...

Toyuq yumurtasının qiymətinin artması ilə əlaqədar araşdırmalar aparılır

Cəmiyyət Materials 8 Mart 2011 18:05 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı toyuq yumurtasının pərakəndə satış qiymətində artım olduğu müəyyən edilmişdir.
Toyuq yumurtasının qiymətinin artması ilə əlaqədar araşdırmalar aparılır

Azərbaycan, Bakı, 8 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı toyuq yumurtasının pərakəndə satış qiymətində artım olduğu müəyyən edilmişdir.

Toyuq yumurtasının qiymətinin artmasının səbəblərinin araşdırılması və süni qiymət artımının qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış və araşdırmalar aparılır. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib.


Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təsərrüfat subyektlərinə bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol vermiş şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəkdir.

Xəbər lenti

Xəbər lenti