...

Ali kanoe qurumlarının rəhbərləri Azərbaycanda avarçəkmə idman növünün inkişafından razı qalıblar

Cəmiyyət Materials 10 Mart 2011 12:11 (UTC +04:00)
Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes, qurumun eksperti Çaba Santo və Avropa Kanoe Assosiasiyasının
Ali kanoe qurumlarının rəhbərləri Azərbaycanda avarçəkmə idman növünün inkişafından razı qalıblar

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes, qurumun eksperti Çaba Santo və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalovla birgə martın 10-da ümummilli lider Heydər Əliyev abidəsini ziyarət ediblər. Onlar təmsil etdikləri qurumlar adından abidə önünə əklillər qoyublar.

Trend-in məlumatına görə, daha sonra İCF və ECA prezidentləri jurnalistlər üçün brifinq keçiriblər.

"Bu, Azərbaycana ilk səfərimdir. Çox gözəl şəhəriniz var. Dünən Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də gənclər və idman naziri Azad Rəhimovla görüşümüz oldu. Görüşlər çox gözəl keçdi. Bilirəm ki, son illər Azərbaycanda çox gözəl idman mərkəzləri inşa edilib. Bunlardan biri də Mingəçevirdəki "Kür" Olimpiya Tədris İdman Mərkəzidir. Günortadan sonra oranı ziyarət edəcəyik. Bildiyimə görə, Mingəçevirdəki avarçəkmə mərkəzi çox gözəl və yüksək səviyyədə hazırlanmış idman qurğusudur. Nəzərə alsaq ki, kanoeçiləriniz Avropa və dünya çempionatlarında qızıl medal qazanıblar, gələcəkdə bu, sizin də belə nüfuzlu yarışlar təşkil etməyinizə imkan yaradacaq", - Xose Perurena Lopes jurnalistlərə deyib.

Avropa Kanoe Assosiasiyasının prezidenti də jurnalistlərlə fikirlərini bölüşüb.

"Bu, mənim də Azərbaycana ilk səfərimdir. Ölkənizin Prezidenti, gənclər və idman naziri ilə görüşlərim oldu. Bu görüşlərdən çox məmnunam. Mənə belə bir məlumat verildi ki, son zamanlar Azərbaycanda 29 idman kompleksi istifadəyə verilib. Bu da çox yüksək göstəricidir. Biz Mingəçevirdə Beynəlxalq "Prezident Kuboku" reqatasında iştirak edəcəyik. Burada olmağımızın məqsədlərindən biri də Azərbaycana Avropa və dünya çempionatlarının təşkilinə kömək etməkdir", - Albert Vuds bildirib.

Xəbər lenti

Xəbər lenti