...

Azərbaycanın Cəlilabad rayonunda yeni qəzet dərc olunmağa başlayıb

Cəmiyyət Materials 16 Mart 2011 15:40 (UTC +04:00)
Azərbaycanın Cəlilabad rayonunda "Cənub Media" qəzeti dərc olunmağa başlayıb. Trend-in məlumatına görə, bu barədə qəzetin baş redaktoru Rövşən Hümbətov bildirib.
Azərbaycanın Cəlilabad rayonunda yeni qəzet dərc olunmağa başlayıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Cəlilabad rayonunda "Cənub Media" qəzeti dərc olunmağa başlayıb. Trend-in məlumatına görə, bu barədə qəzetin baş redaktoru Rövşən Hümbətov bildirib.

Hümbətov bildirib ki, "Cənub Media" qəzeti fəaliyyətini regionun tarixi, mədəniyyəti, adət-ənənəsi, əhalinin məşğuliyyəti, ictimai-siyasi, sosial uğurları və problemlərinin təbliği üzərində quracaq.

Baş redaktor qeyd edib ki, yeni açılan qəzetin məqsədi ölkənin cənub bölgəsində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən dövlət proqramının bölgə mətbuatında daha keyfiyyətli işıqlandırılmasını və vətəndaşların bununla bağlı intensiv və dolğun informasiya əldə etmələrini təmin etməkdir.

"Region əhalisinin maarifləndirilməsində əyalət qəzetlərinin üzərinə böyük məsuliyyət düşdür. Hazırda qəzetin www.cenubmedia.az internet səhifəsi hazırlıq mərhələsindədir", - Hümbətov bildirib.

Xəbər lenti

Xəbər lenti