...

AFFA xarici ölkələrdə oynayan 100-dən çox azərbaycanlı futbolçu aşkarlayıb

Cəmiyyət Materials 16 Mart 2011 17:25 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2010-cu ildə xarici ölkələrdə oynayan 100-dən çox azərbaycanlı futbolçu aşkarlayıb.
AFFA xarici ölkələrdə oynayan 100-dən çox azərbaycanlı futbolçu aşkarlayıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2010-cu ildə xarici ölkələrdə oynayan 100-dən çox azərbaycanlı futbolçu aşkarlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AFFA-dan bildiriblər.

AFFA tərəfindən ötən il aparılan seleksiya işləri nəticəsində 103 həmvətənimizdən 54 nəfər Azərbaycana dəvət olunub, onlardan 29-u milli komandanın heyətinə cəlb edilib.

Xarici ölkələrdə top qovan azərbaycanlılardan daha çox 1995-ci il təvəllüdlü futbolçulardır.

Daha istedadlı futbolçu həmvətənlərimiz Rusiyada aşkar olunub - 83 nəfər. Həmçinin Almaniya, Estoniya, İsveç, Ukrayna, Serbiya və Belarusda azərbaycanlı futbolçular tapılıb.

Həmin futbolçulardan bəziləri A milliyə, həmçinin müxtəlif yaş qruplarından ibarət yığma komandalara dəvət olunublar.

Xəbər lenti

Xəbər lenti