...

Zərdabda ağac kəsilməsinə görə Kommunal Müəssisələri Kombinatının direktoru cərimələnib

Cəmiyyət Materials 17 Mart 2011 10:36 (UTC +04:00)
Azərbaycanın Zərdab rayonunda ağac kəsilməsi ilə əlaqədar Kommunal Müəssisələri Kombinatının direktoru Abuzər Mikayılov 3500 manat məbləğində cərimə olunub.
Zərdabda ağac kəsilməsinə görə Kommunal Müəssisələri Kombinatının direktoru cərimələnib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Zərdab rayonunda ağac kəsilməsi ilə əlaqədar Kommunal Müəssisələri Kombinatının direktoru Abuzər Mikayılov 3500 manat məbləğində cərimə olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin apardığı araşdırma zamanı Zərdab şəhəri Heydər Əliyev prospektində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar yaşıllıq zolağında olan şam ağaclarının kəsildiyi məlum olub.

Faktla bağlı protokol tərtib edilərək ərazidə qanunsuz kəsilən ağacların sayından 10 dəfə çox yeni ağacların əkilməsi üçün Kommunal Müəssisələri Kombinatına bir ay müddətinə məcburi göstəriş verilib.

Nazirlikdən bildiriblər ki, artıq ərazidə yaşıllaşdırma işləri həyata keçirilir və ağacların əkilməsi nazirlik tərəfindən nəzarətdə saxlanılır.

Xəbər lenti

Xəbər lenti