...

Azərbaycan millisinin baş məşqçisi Türkiyənin "Beşiktaş" klubunu çalışdıra bilər

Cəmiyyət Materials 17 Mart 2011 10:51 (UTC +04:00)
Azərbaycanın futbol üzrə milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts Türkiyənin "Beşiktaş" klubunun sükanı arxasına keçə bilər.
Azərbaycan millisinin baş məşqçisi Türkiyənin "Beşiktaş" klubunu çalışdıra bilər

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın futbol üzrə milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts Türkiyənin "Beşiktaş" klubunun sükanı arxasına keçə bilər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti yazır.

Məlumata görə, Berti Foqtsun namizədliyi "Beşiktaş"ın sabiq baş məşqçisi Bernd Şusterin istefasından sonra nəzərdən keçirilir.

Foqts 2008-ci ilin martından Azərbaycan millisini çalışdırır.

Türkiyənin "Beşiktaş" futbol komandasının baş məşqçisi Bernd Şuster martın 14-də axşam istefa qərarını klub rəhbərliyinə bildirib. O, uğursuz nəticələr əldə edən komandada qalmaq istəmədiyini söyləyib.

Alman mütəxəssis hazırkı futbol mövsümünün əvvəlində "Beşiktaş"ın baş məşqçisi təyin olunub. Lakin komanda Türkiyə liqasının bitməsinə 9 tur qalmış çempionluq şansını itirib və 7-ci yerdədir.

Xəbər lenti

Xəbər lenti