...

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müşavirə keçirilib

Cəmiyyət Materials 18 Mart 2011 18:16 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaz əkin kampaniyasının gedişatı ilə əlaqədər geniş müşavirə keçirilib. Bu barədə cümə günü Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müşavirə keçirilib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaz əkin kampaniyasının gedişatı ilə əlaqədər geniş müşavirə keçirilib. Bu barədə cümə günü Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İclasda davlət başçısının yaxın illərdə paytaxt və ətraf qəsəbələrdə abadlıq və yaşıllaşdırma tədbirlərinin miqyasının əsaslı şəkildə artırılması, şəhərətrafı ərazilərdə meşə zolaqlarının salınması barədə tapşırıqlarının icrası istiqamətində nazirliyin aidiyyəti struktur bölmələrinin qarşısında duran vəzifələr müəyyənləşdirilib və əməli fəaliyyətə başlanılması barədə göstərişlər verilib.

Yaz mövsümü ilə əlaqədər nazirlik tərəfindən istər dağlıq və dağətəyi bölgələrdə, istərsə də düzən ərazilərdə, o cümlədən Bakı və Bakıətrafı ərazilərdə yeni meşə əkini və yaşıllıqların salınması işlərinə artıq başlanıb.

Belə ki, 2011-ci ilin yanvar ayından etibarən ölkə regionlarında 393,5 hektar sahədə yeni meşə əkinləri salınıb, 1405 hektar sahədə meşə əkinlərinə xidmət, 1835 hektar sahədə isə suvarma işləri aparılıb, 8322 kiloqram əsas meşə əmələ gətirən cinslərdən ibarət toxum tədarük edilib. Bakı və Bakıətrafı ərazilərdə isə 74,4 hektar sahədə 108 000 ədəd dekorativ ağac və kol bitkisi əkilib.

Müşavirədə cari il ərzində ölkə ərazisində 10,5 min hektarda meşəbərpa tədbirlərinin aparılması, o cümlədən 3145 hektar sahədə yeni meşə əkinlərinin salınmasının nəzərdə tutulduğu qeyd olunub. Eyni zamanda, Bakı və Bakıətrafı ərazilərdə 1000 hektar sahədə yaşıllıqların salınması, 500 000 paqonmetr uzunluğunda suvarma xətlərinin çəkilməsi və həmin əraziyə 1 milyondan çox ağacın əkilməsinin də proqnozlaşdırıldığı bildirilib.

Artıq ölkənin bütün bölgələrində yaz mövsümü ilə əlaqədər 800 min ədəddən çox müxtəlif cinsli ağac və kol bitkiləri əkilib.

Xəbər lenti

Xəbər lenti