...

İordaniyada Novruz bayramı qeyd edilib

Cəmiyyət Materials 21 Mart 2011 12:09 (UTC +04:00)
İordaniyada Novruz bayramı şənliyi keçirilmişdir. Bu barədə bazar ertəsi Azərbaycanın İordaniyadakı səfirliyindən Trend-ə məlumat verilib.
İordaniyada Novruz bayramı qeyd edilib

Azərbaycan, Bakı, 21 mart /Trend/

İordaniyada Novruz bayramı şənliyi keçirilib. Bu barədə bazar ertəsi Azərbaycanın İordaniyadakı səfirliyindən Trend-ə məlumat verilib.

Bu münasibətlə səfirlikdə bayram süfrəsi açılıb və İordaniyada yaşayan soydaşlarımız, onların ailə üzvləri, vaxtilə Azərbaycanda təhsil almış iordaniyalılar, türkdilli xalqların nümayəndələri Novruz bayramını birgə qeyd ediblər.

Toplantıda səfir Elman Araslı çıxış edərək tədbir iştirakçılarını təbrik edib, Novruz bayramının xalqımızın tarixində xüsusi yer tutduğunu bildirib.

Tədbir zamanı bir neçə gün əvvəl İordaniya televiziyası ilə yayımlanmış Azərbaycan haqqında filmin videoyazısı və Novruz bayramının Azərbaycanın müxtəlif bölgələrində necə qeyd edilməsi haqqında film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti