...

Azərbaycan daxili işlər naziri Xaçmazda vətəndaşları qəbul edib

Cəmiyyət Materials 26 Mart 2011 14:55 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyətinə dair məsələlərlə əlaqədar martın 26-da Xaçmaz şəhərində olub.
Azərbaycan daxili işlər naziri Xaçmazda vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan daxili işlər naziri Xaçmazda vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyətinə dair məsələlərlə əlaqədar martın 26-da Xaçmaz şəhərində olub.

Həmin gün Rayon Polis Şöbəsində Xaçmaz, Quba, Siyəzən, Qusar, Şabran və Xızı rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 14 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilib.

General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.

Nazir martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir.

Xəbər lenti

Xəbər lenti