...

Azərbaycanın Maliyyə Nazirliyində kadr islahatları aparılıb

Cəmiyyət Materials 30 Mart 2011 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın Maliyyə Nazirliyində kadr islahatları aparılıb. Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, maliyyə nazirinin əmri ilə Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Əvəz Babayev tutduğu vəzifədən azad edilib.

Digər əmrə əsasən, rotasiya qaydasında Yevlax rayon Maliyyə İdarəsinin rəisi Natiq Cabbarov Gəncə şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti