...

Elmlər Akademiyası Azərbaycanda yer qabığında yaranan çatların öyrənilməsinə başlayır

Cəmiyyət Materials 4 Aprel 2011 12:56 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası bu həftə Salyan və Hacıqabul rayonlarında yer qabığında baş verən çatların öyrənilməsinə başlayır.
Elmlər Akademiyası Azərbaycanda yer qabığında yaranan çatların öyrənilməsinə başlayır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası bu həftə Salyan və Hacıqabul rayonlarında yer qabığında baş verən çatların öyrənilməsinə başlayır. Bu barədə bazar ertəsi Trend-ə AMEA-nın Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu rayonlarda yer qabığındakı çatlarla bağlı müxtəlif fikirlər mövcuddur. "İlkin məlumatlara görə, çatların səbəbi Şirvandakı son zəlzələlərdir. Həmçinin vulkanların aktivləşməsi versiyası da istisna olunmur", - Əliyev deyib.

Onun sözlərinə görə, AMEA-nın Geologiya İnstitutunun ekspedisiyası təbiət hadisəsi ilə bağlı məlumatları yerində araşdırır.

Ekologiya və Təbii Sərvətlər Nazilrliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri öz araşdırmalarının yekunları üzrə belə nəticəyə gəliblər ki, çatlar Qərbi-Xəzər plitəsinin aktivləşməsi səbəbindən baş verib. Plitənin təsir zonasında yerləşən Kürsəngi-Xıdırlı adlanan ərazidə də palçıq vulkanlarının aktivləşməsi qeyd olunub.

Martda Azərbaycanın Şirvan, Hacıqabul və Sabirabad şəhərləri yaxınlığında 12 ballıq Rixter cədvəli üzrə 3,5 ballıq bəzi yeraltı təkanlar qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti