...

Azərbaycandan Rusiyaya qanunsuz keçməyə cəhd edən silahlı qrup üzvlərinə 64 il cəza verilib

Cəmiyyət Materials 5 Aprel 2011 13:23 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün keçirilən prosesdə dəstə üzvlərinə hörm oxunub.
Azərbaycandan Rusiyaya qanunsuz keçməyə cəhd edən silahlı qrup üzvlərinə 64 il cəza verilib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycandan Rusiyaya qanunsuz keçməyə cəhd edən silahlı qrup üzvlərinə 64 il cəza verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün keçirilən prosesdə dəstə üzvlərinə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rusiya vətəndaşları Ramzan Terşiyev 14, Suxrab Merjuyev 13, Xasan Xaldıxaroyev 13, Türkiyə vətəndaşı İlhan Taşbey 12 və Azərbaycan vətəndaşı Ramiz Mirzəyev 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dəstə üzvləri 2009-cu il iyulun 16-da Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər. Sərhədçilərlə dəstə üzvləri arasında atışma baş verib. Nəticədə əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Dəstə üzvlərindən isə biri öldürülüb, digəri xəsarət alıb.

Mütəşəkkil dəstənin məqsədi Pankisi dərəsinə getmək olub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 214-cü (terrorçuluq), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti