...

Azərbaycan müəllimlərinə dövlət qulluqçusu statusu verilə bilər - təhsil naziri

Cəmiyyət Materials 11 Aprel 2011 17:07 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycan müəllimi öz layiqli qiymətini alacaq. Trend-in bölgə müxbirinin məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Masallı rayonunun 4 saylı Digah tam orta məktəbində keçirilən elmi-praktik konfransda deyib.
Azərbaycan müəllimlərinə dövlət qulluqçusu statusu verilə bilər - təhsil naziri

Azərbaycan, Lənkəran, 11 aprel /Trend, müxbir P.Əliyeva/

Yaxın vaxtlarda Azərbaycan müəllimi öz layiqli qiymətini alacaq. Trend-in bölgə müxbirinin məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Masallı rayonunun 4 saylı Digah tam orta məktəbində keçirilən elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, hətta müəllimlər dövlət qulluqçusu sayıla bilər.

"Müəllimə 250-300 manat əməkhaqqı verməklə ondan çox şey tələb etmək olmaz", - Mərdanov qeyd edib.

Təhsil naziri bildirib ki, Azərbaycanda 2000-ci ildən təhsil sahəsində aparılan islahatlar artıq öz bəhrəsini verməkdədir. "Son illər respublikada 2000-dən çox məktəb tikilərək istifadəyə verilib. İstifadəyə verilən məktəblər bütün müasir avadanlıqlarla təmin olunub", - Mərdanov deyib.

Xəbər lenti

Xəbər lenti