...

Rusiya və Azərbaycan alimlərinin əməkdaşlıq nümunəsi müsbət işarə ola bilər - Aleksey Vlasov

Cəmiyyət Materials 12 Aprel 2011 15:57 (UTC +04:00)
Azərbaycanlı həmkarlarla görüş onilliklər boyunca formalaşan, Rusiya və Azərbaycan tarixçiləri tərəfindən dəstəklənən ənənəvi əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Rusiya və Azərbaycan alimlərinin əməkdaşlıq nümunəsi müsbət işarə ola bilər - Aleksey Vlasov

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanlı həmkarlarla görüş onilliklər boyunca formalaşan, Rusiya və Azərbaycan tarixçiləri tərəfindən dəstəklənən ənənəvi əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu barədə Trend-ə Rusiya tarixçilərindən ibarət nümayəndə heyətinin üzvü, Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov deyib.

"Bizim hamımız "bir şinel"dən çıxmışıq - bu halda bu ibarə mübaliğəli olmaz, çünki bu görüşün başlıca təşəbbüskarlarından olan, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Məmmədov SSRİ-nin mövcud olduğu 70 il ərzində Rusiya və Azərbaycan tarixçilərinin əldə etdikləri tədqiqatların metodoloji, aləti əsası baxımından bizim ümumi tarixi yaddaşımıza böyük hörmətlə yanaşır", - Vlasov deyib.

Aprelin 14-dən 17-dək MDU-nun tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Sergey Karpovun başçılığı ilə Rusiya tarixçilərinin Bakıya səfəri olacaq.

"Keçmiş haqqında qəzəb və qərəzlə - belə şey mümkündür? Xüsusilə tarixin tez-tez ideoloji pressinq aləti kimi istifadə edildiyi bizim mürəkkəb zəmanəmizdə", - Vlasov qeyd edib.

Onun sözlərinə görə, keçmiş yüzilliklərin və müasir zəmanənin tarixinin ən mürəkkəb və ziddiyətli problemləri ilə bağlı peşəkar və kompetent dialoqa keçidi sübut edən Rusiya və Azərbaycan alimlərinin əməkdaşlıq nümunəsi müsbət işarə ola bilər.

"Rusiya və Azərbaycanın ali məktəblərinin gənc tarixçiləri, tələbə və aspirantları bu peşəkar dostluğun ənənəsini qorumalı və artırmalıdırlar", - o hesab edir.

Əlbəttə, indi zəmanədə bu vəzifə heç də asan deyil. Vlasov belə deyib.

Onun sözlərinə görə, arxeoloq və etnoqrafların maraqlarına daha çox ziyan vuran birgə praktika ənələri pozulub, tələbə mübadiləsi mexanizmi tam qaydasında deyil, halbuki MDU, Rusiya Dövlət Humanitar Universiteti, Qubkin adına Neft-Qaz Universiteti kimi ali məktəblər hələ də Bakı və Azərbaycanın digər şəhərlərindən olan gənclər üçün cəlbediciliyini qoruyur. İnformasiya mübadiləsi mexanizmi sonadək qurulmayıb. "Xüsusilə bu mediyevistika və qədim dünya tarixinin problemləri ilə məşğul olan elmi məktəblərin nümayəndələrinə aiddir", - o vurğulayıb.

"Lakin bu problemlərin tezliklə bu və ya digər halda həll ediləcəyinə ümid etməyə imkan verən müsbət amillər var. Hər şeydən əvvəl bu, ikitərəfli fəaliyyətimizdə daha yüksək səviyyəyə keçidə olan qarşılıqlı istəkdir", - Vlasov əlavə edib.

Onun sözlərinə görə, iki öplkə alimlərinin görüşü son nəticədə məhz bu məqsədə nail olmağa yönəlib.

"Bununla yanaşı, bu, bizim mürəkkəb zəmanəmizdə fizika, riyaziyyat, iqtisadiyyat, psixologiya kimi qeyri-siyasi ixtisasları filiallara verən tarixi, "daxili çərçivələrdə" saxlamağın rahat olduğu fənn hesab edən bütün skeptiklərə yaxşı cavab olar", - o hesab edir.

Vlasovun sözlərinə görə, bu halda tez-tez yaddan çıxarırlar ki, Rusiyanın onlar üçün ikinci doğma ev olduğu, öz dövləti naminə işləyən çoxlu azərbaycanlılar arasında tarix fakültəsində hazırlıq həqiqi vətənpərvər və yüksəkixtisaslı mütəxəssis olmağa kömək edib.

"Tarixdən qorxmaq yox, onu bilmək lazımdır. Məhz bizim ümumi missiyamız ondan ibarətdir ki, Azərbaycan və Rusiyadakı nəsillər bisavadlara çevrilməsinlər", - Vlasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti