...

Azərbaycanda şəkərli diabet xəstəsi olan məhkumlar xüsusi pəhriz yeməkləri ilə təmin olunacaqlar

Cəmiyyət Materials 18 Aprel 2011 10:07 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ədliyyə nazirinin müavini, xidmətin rəisi Mədə t Quliyev bununla bağlı əmr imzalayıb.
Azərbaycanda şəkərli diabet xəstəsi olan məhkumlar xüsusi pəhriz yeməkləri ilə təmin olunacaqlar

Azərbaycan, Bakı, 1 8aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda şəkərli diabet xəstəsi olan məhkumlar xüsusi pəhriz yeməkləri ilə təmin olunacaqlar.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ədliyyə nazirinin müavini, xidmətin rəisi Mədət Quliyev bununla bağlı əmr imzalayıb.

Xidmət rəisinin əmrinə əsasən mayın 1-dən etibarən şəkərli diabet xəstəliyi olan məhkumlar üçün pəhriz xörəkləri xüsusi çeşidli olmaqla dietoloqların tövsiyələri ilə hazırlanacaq.

Bu qəbildən olan məhkumların qidalanmaları üçün cəzaçəkmə müəssisələrində xüsusi yerlərin ayrılması nəzərdə tutulub.

Bir sıra beynəlxalq təşkilatlar şəkərli diabet xəstəliyi olan məhkum və təqsirləndirilən şəxslərin müvafiq normalara uyğun qidalandırılmaları barədə Penitensiar Xidmətə tövsiyələr vermişdir.

Xəbər lenti

Xəbər lenti