...

Sabah Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək

Cəmiyyət Materials 18 Aprel 2011 11:45 (UTC +04:00)
Sabah Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək.
Sabah Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə verilən məlumata görə, hava şəraitinin aprelin 19-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdləri meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti

Xəbər lenti