...

Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanlarının ikinci turunun keçiriləcəyi tarix açıqlanıb

Cəmiyyət Materials 19 Aprel 2011 13:10 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ali məktəblərinin magistraturalarına qəbul imtahanlarının ikinci turunun keçiriləcəyi tarixi açıqlayıb.
Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanlarının ikinci turunun keçiriləcəyi tarix açıqlanıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ali məktəblərinin magistraturalarına qəbul imtahanlarının ikinci turunun keçiriləcəyi tarixi açıqlayıb.

TQDK-nın ilkin planına əsasən, magistraturalara imtahanların ikinci turu iyunun 26-da Bakı, Naxçıvan və Gəncədə keçiriləcək.

Ali məktəblərin magistraturalarına bütün ixtisaslar üzrə qəbul proqramı "Magistr" jurnalının 3-cü xüsusi buraxılışında dərc edilib.

Hər bakalavr qəbul imtahalarının ikinci turuna yalnız qəbul imtahanlarının nəticələrindən asılı olaraq seçə biləcəyi ixtisaslar üzrə hazırlaşmalıdır.

TQDK aprelin 20-də magistraturaya qəbul imtahanlarının birinci turunu keçirib.

Bundan başqa, TQDK-nın planına əsasən, orta ixtisas məktəblərinə qəbul imtahanları çərçivəsində qabiliyyət imtahanları iyulun 3-dən avqustun 5-dək keçiriləcək. Orta ixtisas məktəblərinə qəbul imtahanları isə avqustun 28-də təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti