...

Azərbaycanla Avropa İnsan Hüquqları Məhkəməsi arasında 100-dən artıq işlə bağlı yazışmalar aparılır

Cəmiyyət Materials 20 Aprel 2011 13:36 (UTC +04:00)
Azərbaycanla Avropa İnsan Hüquqları Məhkəməsi arasında 100-dən artıq işlə bağlı rəsmi yazışmalar aparılır. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
Azərbaycanla Avropa İnsan Hüquqları Məhkəməsi arasında 100-dən artıq işlə bağlı yazışmalar aparılır

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanla Avropa İnsan Hüquqları Məhkəməsi arasında 100-dən artıq işlə bağlı rəsmi yazışmalar aparılır. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

Əsgərov bildirib ki, ötən ildən fərqli olaraq, bu il yazışmalar aparılan işlər cinayət işlərinə baxılarkən Avropa Konvensiyası ilə qorunan hüquqların pozuntusu ilə bağlıdır.

Səlahiyyətli nümayəndə deyib ki, ötən il yazışmalar aparılan işlərin əksəriyyəti mülki hüquqla bağlı olub.

2010-cu ildə Azərbaycandan Avropa Məhkəməsinə 337 şikayət daxil olub. Onlardan 167-si rədd edilib, 49-u hökumətə göndərilib, 33-ü qəbul olunub. Qəbul olunan şikayətlərdən 16-sı üzrə hökumətə qarşı qərar çıxarılıb, 10-u isə qərar əsasında və problemin qarşılıqlı razılıqla yoluna qoyulması ilə həllini tapıb.

Azərbaycan 2001-ci ilin yanvarında Avropa İnsan Haqları Konvensiyasına qoşulub. İndiyədək Azərbaycandan məhkəməyə 1254 şikayət daxil olub.

Azərbaycana qarşı qəbul edilən qərarların sayı 40-dan çoxdur.

Xəbər lenti

Xəbər lenti