...

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynləri məsuliyyətli olmağa çağırıb

Cəmiyyət Materials 21 Aprel 2011 13:24 (UTC +04:00)
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri aprelin 17-də İctimai Palatanın keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanılması məsələsinə aydınlıq gətirib.
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynləri məsuliyyətli olmağa çağırıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri aprelin 17-də İctimai Palatanın keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanılması məsələsinə aydınlıq gətirib.

"Hər bir valideyn öz məsuliyyətini dərk etməlidir. Uşağı icazəsiz mitinqə gətirirsə, belə vəziyyətdə uşağın sağlamlığı və psixoloji durumu üçün təhlükə yaranır", - Trend-in məlumatına görə, bunu cümə axşamı keçirdiyi mətbuat konfransında Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Hüseynova deyib ki, komitə məsələni araşdırıb. Məlum olub ki, polis uşağı və anasını təhlükəsizliklərini təmin etmək üçün təhlükəsiz yerə aparıb.

"Araşdırma zamanı müəyyənləşib ki, onlar heç bir polis bölməsinə aparılmayıb və zorakiliq faktı qeydə alınmayıb", - komitə sədri əlavə edib.

Onun sözlərinə görə, qərb ölkələrində valideynlər üçün məsuliyyətsizliyə görə cəza tədbirləri var. Bəzən buna görə uşaqlar valideynlərdən alınır.

Xəbər lenti

Xəbər lenti