...

Bakıda general-leytenant Əliağa Şıxlinskinin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2011 12:21 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən (AzQAC) Trend-ə verilən məlumata görə, bu gün Şıxlinskinin anadan olmasının 146-cı ildönümü ilə əlaqədar Bakı şəhəri Cəfər Cabbarlı küçəsi, 12 ünvanında yerləşən generalın barelyefi önündə anım mərasimi keçirilib.
Bakıda general-leytenant Əliağa Şıxlinskinin xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda general-leytenant Əliağa Şıxlinskinin xatirəsi anılıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən (AzQAC) Trend-ə verilən məlumata görə, bu gün Şıxlinskinin anadan olmasının 146-cı ildönümü ilə əlaqədar Bakı şəhəri Cəfər Cabbarlı küçəsi, 12 ünvanında yerləşən generalın barelyefi önündə anım mərasimi keçirilib.

AzQAC-ın rəhbərliyi və kollketivinin, cəmiyyətin könüllülərinin qatıldığı anım mərasimini cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə açaraq, Şıxlinskini Azərbaycanda görkəmli hərbi xadim olmaqla yanaşı, Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində baş verən kütləvi, insan həyatı üçün təhlükə yaradan xəstəliklərin qarşısının alınması, bu məqsədlə zəruri tibbi-sanitar dəstələrin yaradılması üçün dövlət qarşısında məsələ qaldıraraq cəmiyyətin əsasını qoyanlardan biri kimi səciyyələndirib və 91 illik dövrə ekskursiya edib.

Cəmiyyətin rayon bölmələrinin sədrləri və digər iştirakçılar Şıxlinski haqqında söz açıblar. Çıxış edənlər Şıxlinskinin fəaliyyəti dövründə gördüyü işlərdən və onun gərgin əməyi nəticəsində Qızıl Aypara Cəmiyyətinin təşkilat kimi formalaşmasından və cəmiyyətin bugünkü fəaliyyətindən danışıblar.

Tədbirin sonunda Şıxlinskinin barelyefinin üzərinə gül dəstəsi qoyulub, mərhumun məzarı ziyarət edilib.

Xəbər lenti

Xəbər lenti