...

Dostlar və yaxınlar Anar Məmmədxanovla vidalaşmağa gəliblər (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2011 02:17 (UTC +04:00)
Anar Məmmədxanovun dostları və yaxınları onun qəflətən vəfat etməsini xəbər alan kimi, mərhumun ailəsinə dəstək olmaq üçün evinə gəliblər.
Dostlar və yaxınlar Anar Məmmədxanovla vidalaşmağa gəliblər (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Ş.Cavadsoy /

Anar Məmmədxanovun dostları və yaxınları onun qəflətən vəfat etməsini xəbər alan kimi, mərhumun ailəsinə dəstək olmaq üçün evinə gəliblər. Onların arasında məşhur kinodramaturq Rüstəm İbrahimbəyov, əfsanəvi "Bakılı Oğlanlar" Şən və Hazırcavablar komandasının üzvləri Tahir və Cabir İmanov qardaşları, Bəhram Bağırzadə, mədəniyyət xadimləri Firdovsi Atakişiyev, Emil Müsəvi və başqalar, həmçinin də Milli Məclis deputatları və ictimai xadimləri, mərhumun dost və yaxınları olub.

"Bakılı Oğlanlar" Şən və Hazırcavablar komandasının keçmiş kapitanı, sabiq millət vəkili Anar Məmmədxanov şənbə günü 40 yaşında vəfat edib .

Trend-in məlumatına görə, Anar Məmmədxanovun halı qəflətən pisləşib və o, bir saat içində keçinib. Mərhumun cənazəsi müsəlman adətinə uyğun olaraq yuyulmaq üçün məscidə aparılıb.

Məmmədxanovun dəfn mərasimi sabah baş tutacaq.

Məmmədxanov Anar Camal oğlu 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu. Bakının 160 nömrəli məktəbini, daha sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdi. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdu. Evli idi, bir oğlu və iki qızı qalıb.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdu.

2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü idi. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdu.

Allah rəhmət eləsin!

Foto - Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti