...

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi AMEA ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 28 Aprel 2011 15:19 (UTC +04:00)
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) elmi yeniliklərin tətbiqi sahəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə əməkdaşlıq edəcək.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi AMEA ilə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) elmi yeniliklərin tətbiqi sahəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə əməkdaşlıq edəcək. Bu barədə cümə axşamı Trend-ə MSN-in Elmi-texniki araşdırmaların təşkili şöbəsinin müdiri, professor Rafiq Hüseynov bildirib.

Hüseynov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında çıxışı zamanı bu məsələni xüsusi qeyd edib.

"Bununla bağlı AMEA-nın vitse-prezidenti Arif Həşimovla görüşmüşük və müəyyən razılığa gəlmişik. Yaxın gələcəkdə AMEA ilə müəyyən məsələlərin həllində qarşılıqlı əməkdaşlıq edəcəyik", - o vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında çıxışı zamanı qeyd edib ki, Azərbaycan alimləri ölkənin müdafiə sənayesinin inkişafında öz sözlərini deməlidirlər.

Xəbər lenti

Xəbər lenti