...

Azərbaycanda "Yəhova şahidləri" dini təriqətini təbliğ edən qadın saxlanılıb

Cəmiyyət Materials 30 Aprel 2011 12:45 (UTC +04:00)
Azərbaycanda "Yəhova şahidləri" dini təriqətini təbliğ edən qadın saxlanılıb.
Azərbaycanda "Yəhova şahidləri" dini təriqətini təbliğ edən qadın saxlanılıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Yəhova şahidləri" dini təriqətini təbliğ edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 29-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsi, Milli Təhlükəsizlik Nazirliyinin Lənkəran rayon şöbəsi və Dini Qurumlarla İşlər Üzrə Dövlət Komitəsinin cənub bölgəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Lənkəran şəhər sakini Gülnaz Nəsirovanın müvafiq icazəsi olmadan "Yəhova şahidləri" dini təriqətini təbliğ etməsi müəyyən edilib.

Onun evinə baxış zamanı oradan 19 ədəd təbliği və yayımı qanunla qadağan edilmiş dini kitablar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti