...

Hüquqşunaslar Konfederasiyası "Azərbaycanın qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyası"nı müzakirə edib

Cəmiyyət Materials 2 May 2011 16:35 (UTC +04:00)
Azərbaycan Hüquqşunasları Konfederasiyası "Azərbaycanın qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyası"nı müzakirə edib.
Hüquqşunaslar Konfederasiyası "Azərbaycanın qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyası"nı müzakirə edib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Hüquqşunasları Konfederasiyası "Azərbaycanın qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyası"nı müzakirə edib. Bu barədə konfederasiyanın baş katibi Nadir Adilov Trend-ə məlumat verib.

O, konfederasiyanın bu sənədi dəstəklədiyini bildirib və qeyd edib ki, digər qeyri-hökumət təşkilatlarının da bu Xartiyaya qoşulması vacibdir.

"Xartiyaya qoşulmaq, imza atmaq QHT-lərin məsuliyyətini artıracaq. Xartiyanın qəbul olunması QHT-lərin fəaliyyətinə müsbət təsir göstərəcək", - Adilov deyib.

QHT təmsilçisi Azərbaycan Hüquqşunasları Konfederasiyasının Məsuliyyət Xartiyasını müsbət qiymətləndirdiyini və təşkilatın Xartiyaya qoşulduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti