Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/
Sabah Azərbaycan ərazisində hava yağmurlu olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, mayın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.
Temperatur gecə 11-15°, gündüz 18-23° isti olacaq.
Azərbaycanın əksər regionlarında mayın 8-si şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, arabir leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Temperatur gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 7-11°, gündüz 14-18° isti təşkil edəcək.
Azərbaycan ərazisində istirahət günü hava yağmurlu olacaq
Sabah Azərbaycan ərazisində hava yağmurlu olacaq.
