...

Bakıda sabah isti olacaq

Cəmiyyət Materials 16 May 2011 11:28 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakıda mayın 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir.
Bakıda sabah isti olacaq

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda sabah 25 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakıda mayın 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.

Mayın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal-şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq.

Hidrometeoroloqların məlumatına görə, yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti

Xəbər lenti