...

Azərbaycanda həftə sonu üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 20 May 2011 11:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti həftə sonu üçün hava proqnozunu açıqlayıb.
Azərbaycanda həftə sonu üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir T.Hacıyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti həftə sonu üçün hava proqnozunu açıqlayıb. Departamentdən Trend-ə verilən məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Mayın 21-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti