Azərbaycan, Bakı, 23 may /Trend, müxbir M.Əliyev/
"Xəmsə" milli intellektual oyunu üzrə gənclər arasında Azərbaycan çempionatı beynəlxalq status alacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
"Bu il yarışlarda 8 mindən çox gənc iştirak edib. Bu ondan xəbər verir ki, müsabiqə gənclər hərəkatına çevrilib və artıq bir neçə MDB ölkəsinin müsabiqədə iştirak üçün razılığı var. Beləliklə, ilk dəfə olaraq müsabiqə beynəlxalq xarakter alacaq", - Babayev əlavə edib.
Bu gün Bakıda "Xəmsə" milli intellektual oyunu üzrə gənclər arasında IV Azərbaycan çempionatının final mərhələsi keçirilib. Müsabiqə üç raundda keçirilib: regional, zona və final. Finalda dörd komanda iştirak edib. Müsabiqə 16 yaşından 29 yaşınadək olan gənclər arasında keçirilir.