...

Azərbaycan bədii gimnastika üzrə Avro-2011-də ümumi komanda hesabında dördüncüdür

Cəmiyyət Materials 29 May 2011 06:22 (UTC +04:00)
Azərbaycan bədii gimnastika üzrə Avro-2011-də ümumi komanda hesabında dördüncüdür
Azərbaycan bədii gimnastika üzrə Avro-2011-də ümumi komanda hesabında dördüncüdür

Azərbaycan, Bakı, 28 may /Trend/

Şənbə günü Minskdə bədii gimnastika üzrə Avropa çempionatında ümumi komanda hesabına daxil olan fərdi kvalifikasiya yarışmaları sona çatdı. İdmançılar gürz və lentlə çıxış edəcəklər.

Proqramın bütün 4 növlərindən sonra ümumi komanda hesabında Azərbaycan 211.050 xalla dördüncü yeri tutdu. Birinci yer Rusiya komandasındadır (230.800 xal). 223.125 xal yığan Belarus yığması ikinci yeri tutdu. üçüncü yer Ukraynanındır - 214.200 xal.

29 may tarixində yeniyetmələrdən ibarət komandalar arasında final görüşləri keçiriləcək. Azərbaycanlı gimnastlar səkkiz finalçı arasında birinci çıxış edəcəklər.

Fərdi çıxışlara gəldikdə isə, Azərbaycanlı idmançılarının ən yaxşısı, Aliyə Qarayeva iki finalda (top və xalqa ilə) çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti