...

Azərbaycanda ali və orta ixtisas məktəblərinə sənəd qəbulunun vaxtı uzadılıb

Cəmiyyət Materials 31 May 2011 16:39 (UTC +04:00)
2011-2012-ci tədris ilində ali və orta ixtisas məktəblərinə sənəd verən abituriyentlər üçün ərizələrin təsdiqi müddəti uzadılıb. Bunu çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Azərbaycanda ali və orta ixtisas məktəblərinə sənəd qəbulunun vaxtı uzadılıb

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ilində ali və orta ixtisas məktəblərinə sənəd verən abituriyentlər üçün ərizələrin təsdiqi müddəti uzadılıb. Bunu çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

O bildirib ki, ərizələrin təsdiqi müddəti bir gün, yəni iyunun 1-i saat 17:00-dək uzadılıb.
Mayın 31-dək "Abituriyentin elektron ərizəsi"ni dolduran, amma onu təsdiq etdirə bilməyən abituriyentlər ərazilərini qeyd edilən müddətədək Sənəd Qəbulu Komissiyalarında təsdiqlədə bilərlər.

Sənəd qəbulunun bu gün saat 17:00-da yekunlaşması nəzərdə tutulmuşdu

İndiyədək ali və orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 108 mindən çox abituriyent ərizəsini təsdiq etdirib.

Sənəd qəbulu aprelin 20-də başlayıb və iki mərhələdə aparılıb. Birinci mərhələdə abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldurub, ikinci mərhələdə isə tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarına təqdim edib və elektron ərizəni təsdiq etdiriblər.

Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar.

Xəbər lenti

Xəbər lenti