...

Mothercare Uşaqların Beynəlxalq Müdafiəsi Gününü təbrik edir

Cəmiyyət Materials 1 İyun 2011 10:00 (UTC +04:00)
Məşhur Britaniya brendi Mothercare bu il də Uşaqların Beynəlxalq Müdafiəsi gününü Bakıda xüsusi aksiya ilə qeyd edir.
Mothercare Uşaqların Beynəlxalq Müdafiəsi Gününü təbrik edir

Məşhur Britaniya brendi Mothercare bu il də Uşaqların Beynəlxalq Müdafiəsi gününü Bakıda xüsusi aksiya ilə qeyd edir. Uşaq bayramında ana və uşaqlara daha böyük sevinc bəxş etmək məqsədilə iyunun 1-də Mothercare mağazalarında bütün mallara 20% endirim təklif olunur.

Bu il fəaliyyətinin 50 yaşı tamam olan Mothercare öz yüksək keyfiyyəti ilə bütün dünyada, o cümlədən Azərbaycanda anaların böyük etimadını qazanıb. Ana və uşaqlar üçün hər şey təklif edən Mothercare uşaq mallarının istehsalında hər zaman innovativ yeniliklər və təhlükəsiz materiallardan istifadə edir. Mothercare-ni fərqləndirən bu üstünlüklər brendin konsepsiyasının əsasını təşkil edir. Mothercare-nin hər kolleksiyasında keyfiyyət və təhlükəsizlik eyni zamanda optimal düşünülmüş dizayn və rahatlıqla birləşir. Bununla da Mothercare daim körpələri böyük qayğı və sevgi ilə əhatə edir, onların müdafiəsində dayanaraq sağlam böyümələrini təmin edir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə xüsusi aksiya keçirməklə Mothercare bir daha bütün anaların körpələrə qayğı göstərməsinə kömək etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti