...

"Beynəlxalq ətraf mühitin mühafizəsi Günü"nə həsr olunmuş tədbir keçiriləcəkdir

Cəmiyyət Materials 2 İyun 2011 10:03 (UTC +04:00)
"Beynəlxalq ətraf mühitin mühafizəsi Günü" BMT-nin ətraf mühitlə bağlı keçirilən konfransında (5-16 iyun 1972-ci il) Yaponiya və Seneqal dövlətlərinin təklifi ilə təsis olunmuş, dünya ictimaiyyətini ətraf mühitin mühafizəsi problemlərinə cəlb etmək üçün 5 iyun 1973-cü ildən etibarən bütün dünyada qeyd olunur.
"Beynəlxalq ətraf mühitin mühafizəsi Günü"nə həsr olunmuş tədbir keçiriləcəkdir

"Beynəlxalq ətraf mühitin mühafizəsi Günü" BMT-nin ətraf mühitlə bağlı keçirilən konfransında (5-16 iyun 1972-ci il) Yaponiya və Seneqal dövlətlərinin təklifi ilə təsis olunmuş, dünya ictimaiyyətini ətraf mühitin mühafizəsi problemlərinə cəlb etmək üçün 5 iyun 1973-cü ildən etibarən bütün dünyada qeyd olunur. BMT-nin Baş Assambleyası təşkilatının üzvü olan ölkələr bu gündə ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəldilmiş tədbirləri həyata keçirməyə çağırır.

Bu məqsədlə, 03 iyun 2011-ci il tarixdə, ARDNŞ-nin Ekologiya İdarəsi, Park Bulvar Alış-Veriş Mərkəzi və "Beauttech" gözəllik texnologiyaları tərəfindən "Beynəlxalq ətraf mühitin mühafizəsi Günü"nə həsr olunmuş aksiyanın keçirilməsini planlaşdırır. Həmin gün Park Bulvar Alış-Veriş Mərkəzində "Yaşıl zona" quraşdırılacaq və ərazidə ekoloji sorğular aparılacaqdır. Düzgün cavab verən şəxslərə, Beauttech gözəllik texnologiyalarının vizajistləri ekoloji mövzularda qrim çəkəcək, ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən hazırlanmış hədiyyələr və Park Bulvar Alış-Veriş Mərkəzində yerləşən Tusi-Bohm Planetariuma biletlərləri təqdim ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti