...

Azərbaycan ərazisində baş verən torpaq qırılması, vulkan püskürməsi və zəlzələ arasında əlaqənin olduğu təsdiqlənib

Cəmiyyət Materials 3 İyun 2011 16:39 (UTC +04:00)
Azərbaycan ərazisində baş verən torpaq qırılması, vulkan püskürməsi və zəlzələ arasında əlaqənin olduğu təsdiqlənib.
Azərbaycan ərazisində baş verən torpaq qırılması, vulkan püskürməsi və zəlzələ arasında əlaqənin olduğu təsdiqlənib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində baş verən torpaq qırılması, vulkan püskürməsi və zəlzələ arasında əlaqənin olduğu təsdiqlənib.

"Salyan rayonu ərazisindən Hacıqabula qədər olan torpaqda qırılmanın müşahidə edilməsi, Hacıqabuldakı Daşmərdan vulkanının püskürməsi və daha sonra zəlzələnin baş verməsi bir-biri ilə əlaqəli proseslərdir", - bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun seysmologiya və geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib.

O, apardıqları ilkin tədqiqatlar nəticəsində sadalanan hadisələrin bir-biri ilə əlaqəli olması qənaətinə gəldiklərini deyib.

"Bütün bu proseslərin hamısı yerin daxilində baş verir. Bunlar hamısı geodinamik proseslərin nəticəsidir. Hazırda bu proseslərdə aktivlik davam edir", - Qədirov deyib.

O əlavə edib ki, hazırda ərazidə ölçmə işləri aparılır. Bu tədqiqatların nəticəsindən asılı olaraq, prosesin hansı istiqamətdə inkişaf edə biləcəyi açıqlana bilər.

Salyan rayonu ərazisindən Hacıqabula qədər olan torpaqda qırılma martın əvvəlində baş verib.

Mayın 12-də isə Hacıqabuldan şimalda, Qobustanın cənub-qərbində yerləşən Daşmərdan palçıq vulkanı püskürüb. Vulkanda püskürmə bir saat davam edib.

Daşmərdan vulkanının püskürməsi son 200 il ərzində 4 dəfə - 1866, 1954, 1976 və 2011-ci ildə qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti