Azərbaycan, Bakı, 9 iyun /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" qanuna əlavə və dəyişiklikləri təsdiq edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Qanuna edilən əlavələrə əsasən, fiziki və hüquqi şəxslər - xarici ölkə vətəndaşları Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədilə istifadəyə görə Azərbaycan hökumətindən icazə almalı və ödəniş etməlidirlər.
Prezidentin fərmanında qeyd edilir ki, bu nümunələrin istifadəsinə görə icazə verilməsi və ödənişin alınması funksiyası Azərbaycanın Müəllif Hüquqları Agentliyinə verilir.