...

Azərbaycanda uşaq Tərbiyə Müəssisəsinin rəisi təqaüdə göndərilib

Cəmiyyət Materials 10 İyun 2011 15:05 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki Uşaq Tərbiyə Müəssisəsinin rəisi İmran Məmmədov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.
Azərbaycanda uşaq Tərbiyə Müəssisəsinin rəisi təqaüdə göndərilib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinin rəisi təqaüdə göndərilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki Uşaq Tərbiyə Müəssisəsinin rəisi İmran Məmmədov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.

Bundan öncə 10 saylı cəzaçəkmə müəssisənin rəisi Fikrət İsmayılov, 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elman Əlişirov və 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Nahid Xəlilov təqaüdə göndərilmişdi.

Müəssisələrdə rəisin səlahiyyətlərini müvəqqəti olaraq müavinləri həyata keçirirlər.

Ədliyyə orqanlarında qulluqkeçmənin son yaş həddi 55 yaşdır.

Xəbər lenti

Xəbər lenti