...

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Milli Qurtuluş Günü qeyd olunub

Cəmiyyət Materials 13 İyun 2011 16:48 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərində 15 iyun - Azərbaycanın Milli Qurtuluş Günü qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbir BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Milli Qurtuluş Günü qeyd olunub

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir T.Hacıyev/

Birləşmiş Ərəb Əmirliklərində 15 iyun - Azərbaycanın Milli Qurtuluş Günü qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbir BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə soydaşlarımızla yanaşı, türklər, İraq türkmənləri, yerli hökumət nümayəndələri, o cümlədən Dubay Hökuməti Aparatının ictimai və mədəni məsələlər üzrə müşaviri Səid əl-Nəccar, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov öz çıxışında bütün türk dünyasında tanınan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Ulu öndərin müasir Azərbaycanın dövlətçilik ənənəsinin yaradılmasında, qorunması və inkişaf etdirilməsində rolu, dünyanın müxtəlif guşələrində məskunlaşmış azərbaycanlıların birliyi naminə atdığı addımları barədə söz açıb. O, ümummilli lider Heydər Əliyevi ölkəmizdə quruculuq işlərinin banisi kimi xarakterizə edib. İmanov 1993-cü ildə Azərbaycanın düşdüyü ağır vəziyyətdə, dövlətçiliyimizin təhlükə qarşısında qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin xalqın arzusu ilə Bakıya gələrək, vətəndaş qarşıdurmasının aradan qaldırılması istiqamətində gördüyü işlərdən, müstəqilliyin möhkəmləndirilməsi və əldə edilmiş uğurlardan da ətraflı danışıb.

Toplantının sonunda tədbir iştirakçılarına "Biz azərbaycanlıyıq" filmi nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti