...

Allahşükür Paşazadə: Türkiyə ilə dini-mənəvi əlaqələrimizin daha da möhkəmlənməsi yolunda yeni səhifələr açılacaq

Cəmiyyət Materials 14 İyun 2011 12:58 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə Türkiyə Cümhuriyyəti diyanət işləri başqanı Mehmet Görməzi təbrik edib.
Allahşükür Paşazadə: Türkiyə ilə dini-mənəvi əlaqələrimizin daha da möhkəmlənməsi yolunda yeni səhifələr açılacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə Türkiyə Cümhuriyyəti
diyanət işləri başqanı Mehmet Görməzi təbrik edib.

QMİ-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Görməzə ünvanlanan təbrik məktubunda Paşazadə qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri tarixin sınaqlarından keçmiş əbədi və qırılmaz tellərdir.

"Əminəm ki, birgə səylərimiz sayəsində müsəlmanlarımız arasında qardaşcasına əməkdaşlığın, dini-mənəvi əlaqələrimizin daha da möhkəmlənməsi yollarında yeni səhifələr açılacaq. Hakim Ədalət və İnkişaf Partiyasının son parlament seçkilərində inamlı və parlaq qələbə qazanması bu əminliyizi daha da artırır. Türkiyə Cümhuriyyətinin Baş naziri möhtərəm Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Partiyanın qələbəsi, inşallah, Türkiyənin daha da inkişafına rəvac verəcək, onun siyasi iradəsinin dünya çapında daha artıq dərəcədə qəbul edilməsinə, habelə dost və qardaş Azərbaycanla münasibətlərin bütün sahələrdə, o cümlədən, dini-mənəvi sahədə yüksəlişinə vəsilə olacaq", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti