...

Ombudsmana Azərbaycanda yaşayan milli azlıqlardan milli zəmində şikayət daxil olmayıb - Elmira Süleymanova

Cəmiyyət Materials 16 İyun 2011 11:11 (UTC +04:00)
Ombudsmana fəaliyyəti dövründə Azərbaycanda yaşayan milli azlıqlardan milli zəmində şikayət daxil olmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə müsahibəsində ombudsman Elmira Süleymanova deyib.
Ombudsmana Azərbaycanda yaşayan milli azlıqlardan milli zəmində şikayət daxil olmayıb - Elmira Süleymanova

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsmana fəaliyyəti dövründə Azərbaycanda yaşayan milli azlıqlardan milli zəmində şikayət daxil olmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə müsahibəsində ombudsman Elmira Süleymanova deyib.

Süleymanova bildirib ki, 9 milyondan artıq əhalisi olan Azərbaycanda 90-a qədər milli və etnik azlıqlar təmsil olunur.

"Bu isə dini müxtəlifliyə zəmin yaradır. Milli azlıqlar nüçə yüzilliklərdir burada yaşayırlar və ölkədə gedən bütün proseslərdə bərabər şəkildə iştirak edirlər. Hər bir milli və etnik azlıq üçün heç bir ayrı-seçkiliyə yol verilmədən bərabər imkanlar yaradılıb. Bərabər imkanları həyata keçirmək üçün müvafiq qanunvericilik bazası yaradılıb və beynəlxalq konvensiyalar qəbul edilib", - ombudsman vurğulayıb.

Süleymanova dini azlıqlardan da ombudsmana şikyət daxil olmadığını, hər bir dinin təmsilçilərinə etiqadlarını gerçəkləşdirmək üçün lazımi şərait yaradıldığını deyib.

Xəbər lenti

Xəbər lenti