...

Azərbaycan Xəzər dənizində narkotiklərin daşınmasının qarşısını almaq üçün yeni proqrama qoşulub

Cəmiyyət Materials 23 İyun 2011 15:32 (UTC +04:00)
Azərbaycan Xəzər dənizində narkotiklərin daşınmasının qarşısını almaq üçün "Konteyner" proqramına qoşulub.
Azərbaycan Xəzər dənizində narkotiklərin daşınmasının qarşısını almaq üçün yeni proqrama qoşulub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Xəzər dənizində narkotiklərin daşınmasının qarşısını almaq üçün "Konteyner" proqramına qoşulub.

Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev Trend-ə bildirib ki, hazırda narkomafiyalar narkotiklərin daşınmasını dəniz nəqliyyatı vasitəsilə həyata keçirirlər.

Bunun qarşısını almaq üçün Ümumdünya Gömrük Təşkilatı və BMT-nin Narkotiklərlə Mübarizə İdarəsi bigə "Konteyner" proqramını hazırlayıb.

"Proqram işə başlayan kimi Afrikadan İspaniyaya gəmi vasitəsilə daşınan 2 ton kokain aşkar edilərək dövriyyədən çıxarılıb", - Əfəndiyev qeyd edib.

İl ərzində dünya sularında 420 min gəminin hərəkət etdiyini və bu gəmilərə nəzarətin qeyri-mümkün olduğunu deyən Ofis rəhbəri qeyd edib ki, proqram dəniz vasitəsilə narkotiklərin daşınmasının qarşısının alınmasında önəmli rol oynayır.

Əfəndiyev proqrama bir çox dövlətlərin qoşulduğunu deyib və bildirib ki, Azərbaycan "Konteyner" proqramına bu ildən qoşulub. Proqramın köməyi ilə Xəzər dənizində narkotiklərin qanunsuz daşınmasının qarşısının alınmasında uğurlu nəticələr əldə olunacaq.

Əfəndiyev narkotiklərin daşınmasında ən çox gəlir gətirən marşrutlar barədə də məlumat verib.

Bildirib ki, Balkan marşrutu (Əfqanıstan-İran-Türkiyə-Yunanıstan-Bolqarıstan) ildə 20 milyard dollar gəlir gətirən birinci marşrutdur.

İkinci marşrut Orta Asiya (Əfqanıstan-Türkmənistan-Qazaxıstan-Rusiya-Özbəxistan-Tacikistan) marşrutudur ki, narkomafiya bu marşrutdan 13 milyard dollar gəlir əldə edir.

İllik gəliri 4-5 milyard dollar olan Əfqanıstan-İran-Cənubi Qafqaz marşrutu 3-cü böyük marşrut hesab edilir.

Əfəndiyev bildirib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisi və Gürcüstanın nəzarətsiz olan əraziləri bu marşrutda yer alır.

Xəbər lenti

Xəbər lenti