...

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildonümü ilə bağlı Qazaxıstanda inşa yazı müsabiqəsi keçirilib

Cəmiyyət Materials 24 İyun 2011 18:09 (UTC +04:00)
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildonümü ilə bağlı Qazaxıstanda inşa yazı müsabiqəsi təşkil edilib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildonümü ilə bağlı Qazaxıstanda inşa yazı müsabiqəsi keçirilib

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildonümü ilə bağlı Qazaxıstanda inşa yazı müsabiqəsi təşkil edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyindən bildirilib.

Ölkəmizin xaricdə təbliği məqsədilə səfirlik Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə 2011-ci aprelin 1-dən iyunun 7-dək Astana şəhərində fəaliyyət göstərən L.N.Qumilyov adına Avrasiya Milli Universitetində, eləcə də Qazaxıstanın İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetində təhsil alan tələbələr arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa yazı müsabiqəsi təşkil edib.

Müsabiqə eyni zamanda Aktauda fəaliyyət göstərən Azərbaycanın Baş Konsulluğu tərəfindən Dövlət Mühəndislik və Texnologiyalar Universitetində də keçirilib. Müsabiqə nəticəsində cəmi 10 nəfər qalib tələbə müəyyən edilib.

Cümə günü L.N.Qumilyov adına Avrasiya Milli Universitetində, eləcə də İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetində müsabiqə qaliblərinin mükafatlandırılması ilə bağlı tədbirlər keçirilib.

Tədbirdə safir Zakir Həşimov Azərbaycan və Qazaxıstan arasında əlaqələrin tarixi köklərini qeyd edərək, müstəqillik illəri ərzində bu əlaqələrin daha intensiv inkişaf etdiyini bildirib və ölkələrimizin gəncləri arasında əlaqələrin möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. Sonra inşa müsabiqəsinin taşkili üçün yaradılmış şəraitə görə universitet rəhbərliyinə, eləcə də müsabiqədə iştirak etmiş bütün tələbələrə minnətdarlıq bildirib. Səfir müsabiqənin qalibləri seçilmiş Kasenova Toqjan Baurjan qızı va Amirova Dalilya Oralbayevnaya sertifìkat, müsabiqənin keçirilməsində göstərilmiş kömək üçün universitetin rektoru Q.S.Seytkasima Fəxri fərman təqdim edib.

Səfir elan edib ki, Qazaxıstan üzrə müəyyən edilmiş 10 nəfər qalib tələbə və 1 nəfər rəhbər müəllimin Azərbaycan tərəfinin hesabına cari ilin iyul-avqust ayları ərzində ölkəmizə 7 günlük səfərləri təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti