...

ABŞ-da Qarabağa həsr olunmuş poçt markaları çap edilib (FOTO)

Cəmiyyət Materials 30 İyun 2011 16:12 (UTC +04:00)
Qarabağ Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap edib.
ABŞ-da Qarabağa həsr olunmuş poçt markaları çap edilib (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Qarabağ Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap edib. Fonddan cümə axşamı Trend-ə verilən məlumata görə, satış üçün nəzərdə tutulan bu poçt markaları "Qarabağ: Keçmişə və Gələcəyə Baxış" layihəsinin bir hissəsidir.

Markaların üzərində Qarabağın tarixi abidələri, qədim Alban kilsələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu markaları ABŞ-ın tanınmış marka kolleksionerlərinə də hədiyyə olaraq təqdim edəcək.

Markaları əldə etmək istəyən hər bir kəs Qarabağ Fondunun internet saytındakı onlayn mağazadan bu link - http://www.karabakhfoundation.org/pages/shop/karabakh-stamps/ vasitəsilə onu sifariş verə bilər. Markaların satışından əldə olunan gəlir Qarabağ Fondunun mədəni layihələrini həyata keçirmək üçün sərf olunacaq.

Qarabağ Fondu ABŞ-da yaradılıb. Fond mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada təbliğ etməkdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramları həyata keçirir.

Xəbər lenti

Xəbər lenti