...

Bu gün Azərbaycanda ilk qəbul imtahanı keçirilir

Cəmiyyət Materials 3 İyul 2011 11:00 (UTC +04:00)
Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İsabalayeva/ Bu gün 2011/2012-ci tədris ili üçün III ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, orta təhsil müəssisələrindən 2508 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 247 imtahan rəhbəri cəlb olunub. III qrup üzrə 32 869 abituriyent ərizə verib. Sənəd verənlərin 29 529 nəfəri Azərbaycan bölməsinin, 3340 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9270 nəfərini oğlanlar, 23 599 nəfərini isə qızlar təşkil edir. 17 538 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13 158 abituriyent isə orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 149 abituriyent xarici ölkələrin vətəndaşıdır. 198 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1975 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1939-cu ildən, ən gənci isə 1996-cı ildəndir. İmtahan, Bakı, Naxçıvan, Sumqayıt və Gəncədə keçirilir. Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında yaradılmış Sənəd Qəbulu Komissiyalarında (SQK) ərizəsini təsdiq etdirmiş abituriyentlər imtahan verirlər. Gəncədə Naftalan və Gəncə şəhərlərində, Gədəbəy, Qazax, Şəmkir, Ağstafa, Tovuz, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan və orada yaradılmış SQK-larda sənəd vemiş, Sumqayıtda həmin şəhərdə, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında yaradılmış SQK-larda sənəd vemiş abituriyentlər imtahan verirlər. Bakı şəhərində 23 326 abituriyent, Naxçıvanda 1991 abituriyent, Gəncədə 3791, Sumqayıtda isə 3761 abituriyent imtahan verir. III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri iyulun 6-dək açıqlanacaq. Nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər. Azərbaycanda ali və orta ixtisas məktəblərində növbəti qəbul imtahanı 1-ci qrup üzrə iyulun 10-da, 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.
Bu gün Azərbaycanda ilk qəbul imtahanı keçirilir

Azərbaycan, Bakı, 3 iyul / Trend , müxbir İ.İsabalayeva/

Bu gün 2011/2012-ci tədris ili üçün III ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nın (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, orta təhsil müəssisələrindən 2508 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 247 imtahan rəhbəri cəlb olunub.

III qrup üzrə 32 869 abituriyent ərizə verib. Sənəd verənlərin29 529 nəfəri Azərbaycan bölməsinin, 3340 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9270 nəfərini oğlanlar, 23 599 nəfərini isə qızlar təşkil edir.

17 538 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13 158 abituriyent isə orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 149 abituriyent xarici ölkələrin vətəndaşıdır. 198 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

1975 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1939-cu ildən, ən gənci isə 1996-cı ildəndir.

İmtahan, Bakı, Naxçıvan, Sumqayıt və Gəncədə keçirilir.

Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında yaradılmış Sənəd Qəbulu Komissiyalarında (SQK) ərizəsini təsdiq etdirmiş abituriyentlər imtahan verirlər. Gəncədə Naftalan və Gəncə şəhərlərində, Gədəbəy, Qazax, Şəmkir, Ağstafa, Tovuz, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan və orada yaradılmış SQK-larda sənəd vemiş, Sumqayıtda həmin şəhərdə, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında yaradılmış SQK-larda sənəd vemiş abituriyentlər imtahan verirlər.

Bakı şəhərində 23 326 abituriyent, Naxçıvanda 1991 abituriyent, Gəncədə 3791, Sumqayıtda isə 3761 abituriyent imtahan verir.

III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri iyulun 6-dək açıqlanacaq. Nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti qəbul imtahanı 1-ci qrup üzrə iyulun 10-da, 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti