...

İctimai Palatanın icazəsiz aksiyası ilə bağlı daha 4 nəfərin istintaqı yekunlaşıb

Cəmiyyət Materials 4 İyul 2011 12:33 (UTC +04:00)
"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar daha 4 nəfərin barəsindəki cinayət işinin istintaqı yekunlaşıb.
İctimai Palatanın icazəsiz aksiyası ilə bağlı daha 4 nəfərin istintaqı yekunlaşıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir K.Zərbalıyeva/

"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar daha 4 nəfərin barəsindəki cinayət işinin istintaqı yekunlaşıb.

Bakı şəhər prokurorunun müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev Trend-ə bildirib ki, həmin şəxslərə istintaqın yekunlaşması elan olunub. Hazırda həmin şəxslər və müdafiəçiləri istintaq materialları ilə tanış olur.

Aksiya ilə əlaqədar həbs edilmiş 6 nəfərin cinayət işi isə baxılması üçün Səabail rayon məhkəməsinə göndərilib.

Ttəqsirləndirilən Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur İsrafilov barəsində cinayət işi hakim Elnur Həsənovun icraatına verilib.

Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti