...

Azərbaycan və Kolumbiya arasında turizm əlaqələri genişləndiriləcək

Cəmiyyət Materials 9 İyul 2011 11:47 (UTC +04:00)
Azərbaycan və Kolumbiya arasında turizm sahəsində əməkdaşlıq genişləndiriləcək.
Azərbaycan və Kolumbiya arasında turizm əlaqələri genişləndiriləcək

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan və Kolumbiya arasında turizm sahəsində əməkdaşlıq genişləndiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turizm sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Kolumbiyanın Xarici İşlər Nazirliliyinin Avropa İdarəsinin direktoru Alfons Soriya Mendosa və Kolumbiyanın Rusiyadakı səfiri Dieqo Xose Tobonu ilə görüşündə müzakirə edilib.

Görüş zamanı 2012-ci illərdə Kolumbiyada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib.

Sonra Qarayev turizm sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək məqsədilə Kolumbiyada fəaliyyət göstərən və yeni istiqamətlər təklif etməkdə maraqlı olan turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən "Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi"ində iştirak etməyə dəvət edib.

Azərbaycana ilə tanışlığın onda xoş təəssürat oyatdığını qeyd edən Alfons Soriya Mendosa iki ölkə arasında turizm sahəsi üzrə anlaşma memorandumunun imzalanmasını təklif edib.

Xəbər lenti

Xəbər lenti