...

Birinci ixtisas qrupu üzrə yüksək müsabiqə vəziyyəti yaranmayıb - TQDK sədri

Cəmiyyət Materials 15 İyul 2011 12:11 (UTC +04:00)
Ali və orta ixtisas məktəblərinə birinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak etmiş abituriyentlər üçün elə də yüksək müsabiqə vəziyyəti yaranmayıb.
Birinci ixtisas qrupu üzrə yüksək müsabiqə vəziyyəti yaranmayıb - TQDK sədri

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ali və orta ixtisas məktəblərinə birinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak etmiş abituriyentlər üçün elə də yüksək müsabiqə vəziyyəti yaranmayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, birinci qrupda 9513 abituriyent müsabiqəyə buraxılıb. Onların hamısı ərizələrində ixtisasları ballarına uyğun qeyd etsələr ali məktəbə daxil ola bilərlər.

Abbaszadə deyib ki, imtahanda iştirak etmiş builki məzunların nəticələri daha yüksəkdir. Ümumilikdə isə birinci ixtisas qrupunda iştirak etmiş builki məzunların 42, əvvəlki məzunların isə 13 faizi müsabiqəyə buraxılıb.

Onun sözlərinə görə, bu qrupda 3996 dövlət sifarişli ixtisas üzrə plan yeri ayrılıb. Bu yerlər üzrə müsabiqəyə isə 4511 abituriyent buraxılıb. Müsabiqədə iştirak etmək hüququ olan builki məzunları 22, əvvəlki illərin məzunlarının isə 3 faizi dövlət sifarişli yerlərə iddiaçıdır. TQDK sədri dövlət sifarişli ixtisaslar üzrə də yüksək səviyyəli müsabiqə vəziyyətinin yaranmadığını deyib.

Xəbər lenti

Xəbər lenti