...

Azərbaycan klublarının UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşdi

Cəmiyyət Materials 15 İyul 2011 17:35 (UTC +04:00)
İsveçrənin Nyon şəhərində cümə günü UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Azərbaycan klublarının UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşdi

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/

İsveçrənin Nyon şəhərində cümə günü UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, püşkün nəticəsinə əsasən Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" II təsnifat mərhələsini adlayacağı təqdirdə Belçikanın "Brügge" komandası ilə qarşılaşacaq.

"Qarabağ" II-ci mərhələdə ilk oyununda səfərdə Farer adalarının "Streymur" klubu ilə 1:1 hesabı ilə heç-heçə edib.

Bu mərhələdə İsrailin "Makkabi" klubu ilə səfər qarşılaşmasında 3:1 hesabı ilə məğlub olan digər Azərbaycan təmsilçisi "Xəzər Lənkəran" növbəti tura keçdiyi təqdirdə "Zelezniçar" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) cütlüyünün qalibi ilə qarşılaşacaq. Bosniya və Herseqovina və Moldova klublarının ilk oyunu "Zelezniçar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti