...

Novosibirskdə yol qəzasına uğramış avtobusun sərnişinləri arasında azərbaycanlı yoxdur - FHN

Cəmiyyət Materials 17 İyul 2011 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Əsgərov/

Novosibirskdə yol qəzasına uğramış avtobusun sərnişinləri arasında azərbaycanlı yoxdur - Tomsk şəhər FHN-dən bazar günü Trend-ə bildirilib.

"Tomsk FHN-də ancaq avtobusda xəsarət alan Qazaxstan vətəndaşları haqqında məlumat var"- qurumdan bildiriblər.

Yol nəqliyyat hədisəsi bazar gününə keçən gecə baş verib. FHN-nin məlumatına görə, qəza nəticəsində 19 nəfər xəsarət alıb, on biri xəstəxanaya yerləşdirilib.

Avtobusun salonunda 32 nəfər olub: 27 yaşlı sərnişin, üç uşaq və iki sürücü. Qazaxstan vətəndaşları yeddi yaşlı və bir uşaq sərnişindir.

Xəbər lenti

Xəbər lenti