...

Əli Əhmədov: Azərbaycan mətbuatı üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlir

Cəmiyyət Materials 18 İyul 2011 12:39 (UTC +04:00)
Azərbaycan mətbuatı öz üzərinə ciddi missiya götürüb və öhdəsindən layiqincə gəlir.
Əli Əhmədov: Azərbaycan mətbuatı üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbaliyeva/

Azərbaycan mətbuatı öz üzərinə ciddi missiya götürüb və öhdəsindən layiqincə gəlir. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Milli Mətbuat Günü öncəsi bir qrup jurnalistin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.

"Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün lazımi şərait yaradıb və bundan sonra da mətbuatın inkişafı üçün zəruri tədbirlər görəcək", - Əhmədov əlavə edib.

O, mətbuatda problemlərin olduğunu da qeyd edib.

"Mətbuat ictimai hadisələri daha obyektiv işıqlandırmalı, vətəndaş-mətbuat münasibətlərini inkişaf etdirməlidir. Bu sahədə ciddi səylər də göstərilir", - Əhmədov vurğulayıb.

YAP rəsmisi siyasi partiya olaraq mətbuatla münasibətə böyük önəm verdiklərini deyib.

"Çalışırıq ki, münasibətlərimiz yaxşı qurulsun. Mətbuatın inkişafına imkanlarımız daxilində həmişə kömək etməyə hazır olduğumuzu bəyan etmişik", - o deyib.

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur.

Xəbər lenti

Xəbər lenti