...

Azərbaycanın diaspor təşkilatları ermənilər tərəfindən 13 yaşlı qızın öldürülməsi ilə bağlı birgə bəyanat qəbul edib

Cəmiyyət Materials 19 İyul 2011 15:59 (UTC +04:00)
Azərbaycanın diaspor təşkilatları ermənilər tərəfindən 13 yaşlı qızın öldürülməsi ilə bağlı birgə bəyanat qəbul edib.
Azərbaycanın diaspor təşkilatları ermənilər tərəfindən 13 yaşlı qızın öldürülməsi ilə bağlı birgə bəyanat qəbul edib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın diaspor təşkilatları ermənilər tərəfindən 13 yaşlı qızın öldürülməsi ilə bağlı birgə bəyanat qəbul edib.

"Tovuz rayonunun Əlibəyli kəndi isiqamətində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub. Bu, Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı deyil", - bəyanatda deyilir.

Diaspor təşkilatları Azərbaycanın rəsmi qurumları ilə yanaşı, bu vandalizm aktını beynəlxalq ictimaiyyətin diqqətinə geniş şəkildə çatdıracaqlarını vurğulayıblar.

"Bir neçə il bundan əvvəl həmin ərazidə Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı. Bundan əlavə, bu il mart ayının 8-də Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Ağdam rayonu ərazisində Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovu öz evinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetiriblər. Budəfəki hadisə isə Ermənistanın günahsız, azyaşlı uşaqları qətlə yetirməyə yönələn məqsədyönlü siyasətinin bariz nümunəsidir. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla, beynəlxalq təşkilatların Ermənistanın törətdiyi bu cür vandalizm aktlarına qarşı heç bir tədbir görməməsi, laqeyd münasibət göstərməsinin nəticəsidir ki, Ermənistan bütün dünyanın gözü qarşısında insanlıq əleyhinə bu cür vəhşilik aktları törətməkdə davam edir", - bəyanatda deyilir.

Diaspor təşkilatları hesab edir ki, Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri, habelə beynəlxalq təşkilatlar bu hadisəni kəskin pisləməli, hadisənin törədilməsində təqsirli olanların cəzalandırılmasını tələb etməlidirlər.

"Bu hadisəyə görə rəsmi Yerevana qarşı ciddi təsir və təzyiq mexanizmləri tətbiq edilməlidir. Əks halda, Azərbaycan hökumətini hərbi əməliyyatları bərpa etməyə və işğalçı Ermənistana layiq olduğu cavabı verməyə çağırırıq", - bəyanatda deyilir.

Bəyanatı İğdır Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi, Alman-Azərbaycan Cəmiyyəti, Finlandiya-Azərbaycan Assosiasiyası imzalayıb.

Xəbər lenti

Xəbər lenti